
BAKI, 8 fevral. TELEQRAF
Qəzza zolağında azad edilən 3 girov İsrail ordusuna təhvil verilib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hazırda sözügedən şəxslər tibbi müayinədən keçmək üçün İsrailə aparılır.
Girovların təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Qeyd edək ki, bu gün Qəzza zolağında saxlanılan 3 israilli girovun qaytarılması müqabilində 183 fələstinli məhbus İsrail həbsxanalarından azad edilməlidir.