
BAKI, 8 fevral, TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri ölkə ərazisində Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dronların 18-i Rostov, 11-i Volqoqrad, 5-i Belqorod və 2-si Krasnodar vilayəti olmaqla dörd regionda zərərsizləşdirildiyi bildirilir.
Dağıntı və insan təlafatı ilə bağlı məlumat verilməyib.