
BAKI, 8 fevral. TELEQRAF
London ilk dəfə Ukrayna üzrə Təmas Qrupunun iclasına sədrlik edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iclas fevralın 12-də Brüsseldə baş tutacaq.
"Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunda Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək ilk iclasda ABŞ-nin müdafiə naziri Pit Heqset Prezident Donald Trampın Ukraynadakı müharibəni diplomatik yolla mümkün qədər tez bitirmək öhdəliyini bir daha təsdiq edəcək", - Pentaqonun bəyanatında deyilir.