BAKI, 7 fevral. TELEQRAF

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 8 PKK terrorçusu zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İraqın şimalındakı "Assos" və "Pəncə-Kilid " əməliyyatı bölgələrində 8 PKK terrorçusu zərərsizləşdirildi. Hərbi əməliyyatlar qeyri-adi, sürətli və davamlı həyata keçirildi. Qəhrəman Türk Silahlı Qüvvələrinin mübarizəsi əzm və qətiyyətlə davam edir", - deyə qeyd olunur.