BAKI, 6 fevral. TELEQRAF

"F-16" qırıcılarının daha bir partiyası Niderlanddan Ukrayanaya göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov məlumat verib.

"Hərbi Hava Qüvvələri çoxdan gözlənilən dəstəyi aldı. Əvvəlcə Fransa istehsalı olan "Mirage 2000" qırıcıları, sonra da Niderland Krallığından "F-16"lar gəldi", - deyə nazir "Telegram" kanalında açıqlama verib.

Umerov, həmçinin Fransa və Niderland hökumətlərinə təyyarənin çatdırılmasına görə təşəkkür edib.

O, Kiyevin neçə təyyarə aldığını dəqiq açıqlamayıb.