"Mənim rəhbərlik etdiyim administrasiya Donald Trampın Ukraynaya hərbi yardımı davam etdirməsi üçün zəmin yaradıb".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentində çıxışı zamanı ABŞ -nin hazırkı prezidenti Co Bayden deyib.

O qeyd edib ki, onun administrasiyasının işi sayəsində Ukrayna azad və müstəqil ölkə olaraq qalır.

Bayden əlavə edib ki, ABŞ və Kiyevin Qərb müttəfiqləri Ukraynadan imtina edə bilməzlər.