ABŞ-nin yeni prezidenti Donald Tramp Kanadanın ABŞ-ə qoşulma ehtimalı ilə bağlı açıqlaması ilə ictimaiyyətin diqqətini Kanadanın öz mallarına gömrük rüsumu tətbiq etmək ehtimalından yayındırmaq üçün edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo MSNBC telekanalına müsahibəsində bildirib.

“Uğurlu danışıqlar aparan şəxs kimi Tramp insanları tarazlıqda saxlamağı xoşlayır. İndi hamı "51-ci ştat"ı müzakirə edir. ABŞ-ə ixrac etdiyimiz polad və alüminiuma 25% tarif tətbiq etsək, necə olacaq? Belə olan halda "51-ci ştat" amerikalıların yaşayış xərclərini artıracaq və ticarət əlaqələrinə zərər verəcək. Tramp bu məsələni ört-basdır etmək üçün "51-ci ştat" mövzusunu gündəmə gətirir".

Baş nazir bir daha əmin edib ki, Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq. Onun sözlərinə görə, Trampın onu "Amerika ştatının qubernatoru" adlandırması narahat etmir.

"Əgər mən nazik dərili olsaydım, yəqin ki, siyasətdə bu qədər qalmazdım", - Trüdo bildirib.