Üzv dövlətlər tələb edərsə, Avropa İttifaqı (Aİ) pilotsuz təyyarələr ordusu yaratmağı nəzərdən keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin hərbi komissarı Andrius Kubilius məlumat verib.

“NATO ilə sıx əməkdaşlıq etməliyik. Pilotsuz təyyarələr ordusuna ehtiyac barədə qərarı NATO verməlidir. Amma mən artıq görürəm ki, bir çox Aİ ölkələri PUA-ların çox vacib olduğunu düşünürlərsə və üzv dövlətlər bunu istəyirlərsə, bu təklifi nəzərdən keçirəcəyik”, - Aİ rəsmisi bildirib.

Kubilius qeyd edib ki, pilotsuz təyyarələr bütün hərbi əməliyyatların gedişatını dəyişməyə qadirdir.

“Ona görə də ordumuz müasir dronlar və elektron döyüş texnikalarının istehsalını təcili olaraq artırmalıyıq”.