ABŞ prezidenti Co Bayden yaxın saatlarda milli təhlükəsizlik komandası ilə görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika KİV-ləri Ağ Evə istinadən bildirib.

ABŞ administrasiyasının məlumatına əsasən, məsləhətləşmələrdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

Bundan əvvəl Pentaqon öz qoşunlarını Suriyadan çıxarmaq niyyətində olmadığını açıqlayıb.