Tbilisidə ötən gecə keçirilən aksiya zamanı xəsarət alan 26 nəfər tibb müəssisələrinə çatdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib.
Həmin şəxslərin 23-ü etirazçı, 3-ü isə hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Onların bir qismi hələ də xəstəxanadadır, bəziləri isə artıq tibb müəssisələrini tərk edib.
Xəsarət alanların həyatı üçün təhlükə yoxdur.