"Oreşnik" raketinin sınaqları bu silahı təkmilləşdirməyə yönəlib.

Teleqraf.com xəbər verir ki, bunu mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, raketin təkmilləşdirilməsi üçün sınaqlar aparılır: “Orada partlayıcının olub-olmamasına gəlincə, bir daha təkrar edirəm: əlavə olaraq nə etmək lazım olduğunu başa düşmək üçün biz bunu sınaqlar edirik”.