HƏMAS "Əl-Qəssam" Briqadaları komandirlərindən biri Zahi Yaser Əbd ər-Razeq Oufinin ölümünü təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Times of İsrail" məlumat yayıb.

Məlumata görə, Oufi İsrail ordusunun Ulkarm şəhərinə endirdiyi zərbə nəticəsində yeddi döyüşçüsü ilə birlikdə ölüb.