Türkiyənin xarici işlər naziri Hakan Fidan müsəlman dünyasını həmrəyliyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Qahirədə Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci toplantısında çıxışında deyib.

Nazir bildirib ki, regional problemlərin öhdəsindən ancaq belə gəlmək mümkündür.

Onun sözlərinə görə, bəzi problemlərin səbəbi məhz müsəlman ölkələri arasındakı fikir ayrılığıdır.