İsrail ordusu Qəzza zolağında döyüşləri davam etdirdiyi müddətcə girov məsələsi ilə bağlı danışıqlara qayıtmayacaq.

Teleqraf.com "Axios" portalına istinadən xəbər verir ki, bu barədə Fələstin HƏMAS hərəkatının sözçüsü bildirib.

"Reuters" xəbər verir ki, Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında danışıqlar gələn həftə başlamalıdır. Qərar İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani arasında keçirilən görüşdən sonra qəbul edilib.