İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında ABŞ-nin əli yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib.

“Biz vəziyyətə nəzarəti davam etdiririk, lakin qəzanın səbəbləri barədə heç bir məlumatımız yoxdur. Hadisənin nədən qaynaqlandığını deyə bilmərəm”, - deyə o qeyd edib.

Pentaqon rəhbəri qəzanın səbəbləri ilə bağlı İran tərəfindən aparılan təhqiqatın başa çatmasını gözləməyi təklif edib.