Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir Robert Fitsonun vəziyyətinin stabil olduğunu deyib.

"Lakin hələ də çox ciddi olaraq qalır".

Slovakiyanın müdafiə naziri Robert Kalinyak Fitsonun paytaxt Bratislavaya aparılması üçün qənaətbəxş olmadığını bildirib.