Gürcüstanın paytaxtında son bir ayın ən böyük etiraz aksiyasına çevrilən mitinq başa çatıb.

Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, Tbilisidə vətəndaşlar üç yerdə (Birinci Respublika meydanı, Marcanişvili meydanı və 300 Araqvintsev metrostansiyası) toplaşaraq Avropa meydanına doğru kütləvi yürüşə başlayıblar. Etirazçılar yürüşün başlamasından bir neçə saat sonra başlayan güclü yağış nəticəsində dağılıb. Mitinq iştirakçıları dağılışmağa başlayıb və təşkilatçılar bazar günü insanları küçələrə çıxmağa dəvət ediblər.

Mayın 12-də axşam etirazçılar Tbilisidəki parlament binasına gedəcək və bazar ertəsi deputatlarla səhər görüşmək üçün bütün gecəni orada gözləmək niyyətindədirlər.

***

22:25

Gürcüstanda ölkə parlamentinin “xarici agentlər haqqında” qanunu qəbul etməsinə etirazlar davam edir.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bir neçə min nümayişçi konsertin planlaşdırıldığı Avropa meydanına çatıb.

Hazırda etirazçılar Avropa meydanını və ona bitişik ərazini tamamilə doldurublar.

Qeyd edək ki, bu gün etirazçılar Tbilisidə üç yerdə (Birinci Respublika meydanı, Marcanişvili meydanı və 300 Araqvintsev metrostansiyası) toplaşaraq oradan Avropa Meydanına doğru yürüş edərək paytaxtın mühüm nəqliyyat qovşaqlarını bağlayıblar. Heç bir insident qeydə alınmayıb.