HƏMAS Qəzzada atəşkəslə bağlı danışıqlar prosesindən geri çəkilməyib, lakin İsrail tərəfinin Rəfahdakı hərəkətləri səbəbindən dialoq dayandırılıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin hərəkatı bəyanatla çıxış edib.

Açıqlamada HƏMAS-ın danışıqlar prosesindən geri çəkilmədiyi və onu dayandırmadığı, lakin İsrail ordusunun Rəfahda açdığı atəşin müzakirələri dalana dirədiyini bildirilib.