İsrail Xarici İşlər Nazirliyi Cənubi Afrikanın Qəzza zolağında soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində başlatdığı prosesə qarşı çıxmaq üçün digər ölkələrə müraciət edib.

Teleqraf.com "Axios"- a istinadən xəbər verir ki, nazirliyin öz səfirlərindən ev sahibliyi edən ölkələrdəki diplomatlara və siyasətçilərə təzyiq göstərməyi xahiş etdiyi dəqiqləşdirilir. Təcili teleqramda dövlət onlardan dərhal və birmənalı şəkildə İsrailə qarşı irəli sürülən hədsiz, absurd və əsassız ittihamları rədd etdiklərini bəyan etməyi tələb edib.

Qeyd edək ki, dekabrın 30-da Cənubi Afrika İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərəkətlərini soyqırım kimi tanımaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb.