Almaniyanın müdafiə naziri Boris Pistorius Latviyaya səfəri zamanı rəsmi Berlinin Baltikyanı ölkələrdə təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynamağa hazır olduğunu bildirib.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, nazir deyib:

“Almaniya Baltikyanı ölkələrdə aparıcı hərbi rolu öz üzərinə götürməyə hazırdır. Sizin təhlükəsizliyiniz bizim də təhlükəsizliyimizdir”.