“Cənubi Qafqazda təhlükəsizliyin qorunması vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilən müzakirələr zamanı Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhməd Əli Əl-Sayeğ deyib.

Onun sözlərinə görə, konstruktiv dialoqa sadiqlik vacibdir:

“Eskalasiyadan qaçmaq lazımdır. Bu gün Azərbaycanın Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə görüş keçirilib və ümid edir ki, bu görüş gələcəkdə də mübahisələrin nizamlanmasına yardım edəcək”.