Çinin əmtəə, yanacaq və ərzaq məhsulları alması onun müharibəyə hazırlaşdığına işarə ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın həftəlik "The Economist" nəşri yazır .

Materialda qeyd olunur ki, respublika onilliklər ərzində öz iqtisadiyyatını anti-Çin sanksiyalarından gücləndirib, Silahlı Qüvvələri təkmilləşdirib və ərzaq təhlükəsizliyinin qayğısına qalıb. Potensial müharibənin səbəbi Pekinin Tayvanı istənilən yolla öz nəzarətinə qaytarmaq istəyi ola bilər.

Məqalədə deyilir: “Müşahidələri bir araya gətirməklə erkən xəbərdarlıq sistemi formalaşdırmaq olar.

Bundan əvvəl “Global Times” qəzeti yazıb ki, Çin xeyli güclənib, ona görə də ABŞ-ın aqressiv xarici siyasətinə cavab verə biləcək .

Öz növbəsində Çin səfiri Xie Feng bildirib ki, Çin ABŞ-la ticarət və ya texnoloji müharibə istəmir .

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Ukraynadakı münaqişənin səbəblərini anlamadığını bildirmişdi .