İtaliyanın Cənubi Tirol bölgəsində 30 nəfər qar uçqununun altında qalıb.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 3-ü isə ağır yaralanıb. Qar uçqunu ölkənin şimal-şərqində təxminən 3 min metr yüksəklikdəki dağlıq sahədə baş verib.

Rəsmilər qrupun xizək sürmək üçün yüksəkliyə dırmandığını bildiriblər.

Yaralılar Bolzano şəhərin xəstəxanasına yerləşdiriliblər.

Samir