Ukraynada yaranmış vəziyyət BMT Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarılıb. Belə ki, yanvarda BMT-də Ukrayna üzrə xüsusi iclasın keçirilməsi planlaşdırılır.

Teleqraf.com-un İTAR-TASS-a istinadən məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının hazırkı sədri, Çilinin BMT-dəki nümayəndəsi Kristian Barros Mele açıqlama verib.

“Görüşün keçirilməsinə dair Böyük Britaniya və Litvadan Şuraya müraciət daxil olub. Çox güman ki, Ukraynadakı vəziyyət yanvar ayında müzakirə ediləcək”, deyə Mele bildirib.