Ukrayna Milli Qvardiyasının bölmələri şəhərdə təhlükəsizliyi təmin etmək üçün Odessaya gəlib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə vilayət daxili işlər idarəsinin rəisi, general İvan Katerinçuk bildirib.

"Təkcə son bir ay ərzində şəhərdə 5 terror aktı baş verib. Son terror aktı zamanı isə 1 nəfər ölüb", - Katerinçuk deyib.

Onun sözlərinə görə, bu əməliyyat zamanı hərbçilər milislərlə birgə şübhəli şəxsləri saxlayacaq, onların şəxsi əşyalarına baxış keçirəcəklər.

Nihad