Liviyada terrorçular növbəti dəhşətli qətliam törədiblər. Bu dəfə onların hədəfi buraxılış mənəqəsində keşik çəkən sıravi əsgərlər olub. Belə ki, ölkənin qərbində naməlum silahlılar hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edərək, 17 nəfəri öldürüblər.

Teleqraf.com-un "RİA “Novosti”-yə istinadən xəbər verir ki, hücum nəticəsində 14 əsgər, 3 dinc sakin həlak olub. Baş verən dəhşətli qırğına görə, heç bir təşkilat bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Ötən həftə bənzər hadisə Liviyanın Sirt şəhərində də baş verib. “Liviya şəfəqi” qruplaşmasının üzvləri hərbi bazaya hücum edərək, 19 nəfəri qətlə yetiriblər.

“Liviya şəfəqi” ötən ilin iyul ayından fəallaşan terroru hərbi qruplaşma sayılır. Bu terrorçu qruplaşmasının “Əl-Qaidə”, “İslam dövləti” (İŞİD) və “Müsəlman qardaşları” ilə sıx əlaqədə olduğu bildirilir.