“Təklif edirəm ki, parlament və prezident seçkiləri may ayında keçirilsin”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
“Parlamentdə qərar qəbul edilirsə, bu, növbədənkənar seçki deyil, seçki tarixinin yenilənməsidir”, - MHP lideri bildirib.
Bağçalı bu məsələnin may ayında həll edilməli olduğunu söyləyib:
“Yazda baş tutacağı gözlənilən seçkiyə tam hazırıq. Uzlaşaraq, Türkiyəni birlikdə seçkilərə aparaq. Mövsümi şərtlərə uyğun tarix razılaşma ilə müəyyən edilməlidir. May ayı ərzində bu işi başa çatdıraq, söz və qərarı sevimli millətimizin mübarək iradəsinə həvalə edək.
Bütün imkanlarımızla prezident seçkilərinə hazırlaşırıq. 2023-cü il seçkilərini riskə atmayacağıq. Nəfəs alırmış kimi işləyəcəyik”.