
Avropa İttifaqı (Ai) ölkələrinin səfirləri təşkilatın Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, sanksiyalar paketinə Rusiyadan dəniz yolu ilə neft tədarükünə qadağa daxildir. Həmçinin sanksiyalar boru kəməri ilə neftin idxalına embarqo qoyulmasına imkan verir.
Sanksiyalar paketi Aİ-nin rəsmi jurnalında cümə günü dərc edildikdən sonra qüvvəyə minəcək.