Dünyanın ən yaşlı insanı kimi qəbul edilən yaponiyalı Tanaka Kane 119 yaşına girib.

Teleqraf.com xəbər verir ki, Ginnessin Rekordlar kitabında 2019-cu ildə ən yaşlı şəxs ünvanını alan Tanaka 119-cu doğum gününü qeyd edir.

Yaponiyanın Fukuoka əyalətində qocalar evində yaşayan Tanakanın üz ifadələri ilə xidmət işçiləri ilə əlaqə saxladığı, şokolad və qazlı içkiləri çox sevdiyi qeyd edilib.

1903-cü ilin 2 yanvarında dünyaya gələn və 19 yaşında ailə quran Tanakanın əri və oğlu 1937-ci ildə İkinci Çin-Yapon müharibəsində cəbhəyə göndərilib.

Tanakadan əvvəl dünyanın ən yaşlı insanı 2018-ci ilin iyulunda 117 yaşında vəfat edən yapon qadın Çiyo Miyako olub.