Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə Türkiyəni Liviya və bütün bölgənin sabitliyi, təhlükəsizliyini təhdid edən “muzdlu döyüşçüləri” gecikmədən Liviyadan çıxarmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Prezident Makron bu bəyanatını Parisdə Liviya konfransında çıxış edən zaman səsləndirib.
Makron deyib ki, Haftarın düşərgəsində xidmət edən 300 muzdlu döyüşçünün ötən gün geri çəkiləcəklərını elan etməsi ilk addım olub: “Amma bu, sadəcə başlanğıcdır. Türkiyə və Rusiya varlığı ölkəni və bölgənin təhlükəsizliyini təhdid edən muzdlu əsgərləri, habelə hərbi gücləri gecikmədən geri çəkməlidir”.