ABŞ və Çin arasındakı Tayvan gərginliyi günbəgün artır.

Teleqraf.com xəbər verir ki, Çin lideri Si Cinpinin “Tayvan mütləq Çinlə birləşəcək” açıqlamasından sonra Pekinin rəsmi media qurumu “Qlobal Tayms”da ABŞ-ın təhdid olunduğu məqalə yayımlanıb.

Məqalədə Tayvan Çinin ərazisi kimi göstərilib və Çin ordusunun bölgədə əməliyyat aparmaq hüququnun olduğu iddia edilib.

Tayvanın yanında olduğu bildirilən ABŞ da hədəfə alınıb:

“Tayvan boğazında müharibə başlayacağı təqdirdə ilk olaraq ABŞ hərbçiləri vurulacaq”.

Məqalədə ABŞ xüsusi təyinatlılarının Tayvana göndərilməsinin Çin ərazisinin işğalı anlamına gələcəyi bildirilib.

“Vaşinqton ABŞ hərbçilərinin həyatını riskə atır”.