Prezident İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə yaxın zamanda görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib.
Onun sözlərinə görə, rəsmi Tehran Rusiyanı strateji tərəfdaş hesab edir: "Ümid edirik ki, hər sahədə get-gedə dərinləşən ikitərəfli əlaqələr yaxın gələcəkdə ən yaxşı səviyyəyə çatar".