Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin Xarici əlaqələr ofisinin direktoru Yang Cieçı ABŞ milli təhlükəsizlik müşaviri Jake Sullivan ilə İsveçrənin Surix şəhərində bir araya gələcək.
Teleqraf.com xəbər verir ki, rəsmi Pekin görüşün sentyabrın 10-da ABŞ və Çin liderlərinin telefon müzakirəsi zamanı əldə olunan konsensusa uyğun olaraq görüşüb müzakirələr aparacaq.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq deyib ki, görüşdə Çin-ABŞ münasibətləri müzakirə ediləcək.
Qeyd edək ki,ÇKP-nin Mərkəzi Komitəsinin Xarici əlaqələr ofisinin rəhbəri olan Yang ölkədə ən yüksək diplomat hesab olunur və ölkənin xarici siyasətini məhz bu şəxs idarə edir.
Qeyd edək ki, Yan-Sullivan görüşü ABŞ-Çin münasibətlərində ticarət problemi, Çinin Tayvan hava sahəsini hər gün pozması kimi bir dövrdə olması ilə diqqət çəkir.