Yaponiya Xarici işlər naziri Toşimitsu Motegi rəsmi Tokionun sülh müqaviləsi bağlamaq üçün Rusiya ilə aktiv danışıqları davam etdirəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, nazir Yaponiyanın Rusiya ilə ərazi mübahisəsini dinc yolla həll etmək istədiyini bildirib.

“Biz ərazi məsələsini həll etmək və bundan sonra sülh müqaviləsinin bağlanması üçün fəal danışıqlar aparmaq istəyirik”, - Motegi vurğulayıb.

Motegi rusiyalı həmkarı Sergey Lavrovla görüşdə ona fərqli sahələrdə ikitərəfli əlaqələr qurmaq üçün müxtəlif səviyyələrdə təmasda olmağa hazır olduqlarını dediyini bildirib.