"İdlibin deeslakasiya zonasında terror təhlükəsi nəinki azalır, əksinə artır".

Teleqraf.com-un xəbərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu açıqalamanı Moskvada misirli həmkarı Sami Şükrü ilə görüşündə verib.

Suriyanın İblib bölgəsində mövcudluğunu qoruyub saxlayan terrorist qrupların Suriya ordusuna qarşı hücumlar etdiyini bildirən Sergey Lavrov onların hətta rus qüvvələrinə qarşı da çıxmaq təşəbbüsü göstərdiklərini deyib:

"Bu səbəbdən Rusiya tərəfi Putinlə Ərdoğan arasında razılaşmanın yerinə yetirilməsini istəyir. Hansı geyimdə olmaları fərq eləmir, ən başda Heyəti-Təhrir-Şam qruplaşmaları olmaqla bütün terrorist birləşmələr təcrid edilməlidir. Türkiyə İdlibdə terroristləri nə qədər tez təcrid etsə, bir o qədər yaxşı olar".