Yaponiya parlamentinin aşağı palatası səs çoxluğu ilə hakim Liberal-Demokrat Partiyasının (LDP) sədri Fumio Kisidanı ölkənin yeni, 100-cü baş naziri vəzifəsinə seçib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, Kisida sentyabrın 29-da hakim partiyanın rəhbəri vəzifəsinə keçib.
Sentyabrın əvvəlində Yosixide Suqanın ölkənin hakim Liberal-Demokrat Partiyasının sədri seçilməmək qərarına gəldiyi bildirilmişdi.