Pakistanın Baş naziri İmran Xan ölkəsinin Talibanı birtərəfli şəkildə tanımasının heç bir mənfi təsir etməyəcəyini bəyan edib.

Teleqraf.com-un məlumatına görə, İmran Xan ilk növbədə ABŞ, Avropa, Çin və Rusiyanın Talibanı tanımalı olduğunu söyləyib.

Pakistan baş naziri "TRT World"ə verdiyi müsahibədə ABŞ-ın gec-tez Əfqanıstanda Talibanı tanımaq məcburiyyətində qalacağını vurğulayıb.