Çin dövlət başçısı Si Cinpin ABŞ Prezidenti Co Baydenin dəvəti ilə İqlim Sammitinə qatılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada Cinpinin aprelin 22-də onlayn formatda sammitdə çıxış edəcəyi bildirilib.

Sammitə hazırlıq çərçivəsində ABŞ prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Con Kerri keçən həftə Çinə 4 günlük səfər etmişdi.

Co Bayden martın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin dövlət başçısı Si Cinpin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla 40 dünya liderini 22-23 aprel tarixində keçiriləcək onlayn iqlim zirvəsinə dəvət etmişdi.