Ötən il neft hasilatı ilə bağlı OPEC+ sazişinin imzalanması dünya neft bazarını xilas etdi.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, OPEC+ formatı öz aktuallığını itirməyib:

"Bu format neft bazarına inam verir və tələb-təklif balansını qorumağa imkan yaradır. Əgər OPEC+ öz aktuallığını itirsəydi, o, bu gün işləməzdi".

Rusiyalı nazir qeyd edib ki, neft hasilatının azaldılması ilə bağlı hazırkı OPEC+ sazişi 2022-ci ilin mayına qədər qüvvədədir.

Qeyd edək ki, bu gün OPEC+ ölkələrinin növbəti iclası keçiriləcək.