Birləşmiş Ştatların Texas ştatının Hyuston şəhərində atışma olub.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxs hüquq-müzafizə orqanlarının 5 əməkdaşını yaralayıb.

"Hazırda təsdiq edə bilərik ki, 5 polis zabiti yaralanıb və xəstəxanaya yerləşdirilib", - deyə məlumatda qeyd olunur.