.jpg)
Yəməndə bombardman zamanı bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə koordinatoru Lise Grande xəbər verib.
Onun sözlərinə görə, Harad şəhərinin bombardman edilməsi nəticəsində 8 dinc sakin həlak olub, daha 30 nəfər yaralanıb. Ölən və yaralananların məcburi köçkünlər olduğu bildirilir.
BMT rəsmisi bombardmanın hansı silahlı birləşmə tərəfindən edildiyini bildirməyib. O, hücumun şok, dəhşətli və mənasız olduğunu vurğulayıb.
Qeyd edək ki, 4 gün əvvəl Yəmənin paytaxtı Sanada partlayışlar baş verib.