
İŞİD Menbiçdə terror aktı həyata keçirib.
Teleqraf.com xəbər verir ki, terror YPG/PKK heyəti ilə Suriyada qalacaqlarını elan edən Fransa heyəti arasında görüş zamanı baş verib.
Terror hücumu zamanı ABŞ-ın 4 əsgəri daxil olmaqla ümumilikdə 14 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.
Hadisə Menbiçin mərkəzindəki Kesir el-Umera restoranında qeydə alınıb. Kamikadze burada özünü partladıb.
ABŞ rəsmisi isə deyib ki, terror aktı zamanı 4 amerikalı əsgər ölüb, 3 əsgər isə yaralanıb.
Suriya İnsan Haqları Təşkilatı isə ölənlərdən 5-nin YPG terror təşkilatının üzvü olduğunu bildirib.