Ukraynada ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nikolayevsk vilayətində qeydə alınıb.

"Opel Astra" və "Mazda-6" avtomobillərinin toqquşması nəticəsində 8 nəfər ölüb.

Məlumata görə, ölənlər arasında 3 uşaq da var.

Qəza zamanı həmçinin daha 2 nəfər də yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.