ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Qılıncla görüşüb.

Teleqraf.com-un məlumatına görə, Ağ Evdən verilən açıqlamada qeyd edilib ki, görüş zamanı rahib Branson məsələsi müzakirə edilib:

“Con Bolton Türkiyə səfiri Sərdar Qılıncla Ağ Evdə görüşüb. Tərəflər Türkiyədə həbs edilən rahib Branson və ABŞ-Türkiyə münasibətlərində yaranan son durumu müzakirə ediblər”.