BAKI, 5 mart. TELEQRAF
ABŞ Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib ki, Yaxın Şərqdə baş verən münaqişə İran əleyhinə əməliyyatlarda NATO ölkələrinin koordinasiyasını tələb edə bilər.
O, bu barədə Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı danışıb.
“Fikrimcə, vəziyyətin hansısa birləşmə və ya fəaliyyətlərin koordinasiyası formatına doğru inkişaf etməsi üçün real ehtimal mövcuddur”, - Kolbi bildirib.
Bundan əvvəl Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt bildirmişdi ki, ABŞ prezidenti Donald Trampın İspaniyanın ünvanına səsləndirdiyi təhdidlərdən sonra Madrid İran əleyhinə çıxış etməyə razılaşıb.
Lakin İspaniya Xarici İşlər Nazirliyi Ağ Evin Madridin ABŞ hərbçiləri ilə əməkdaşlıq edəcəyi barədə açıqlamasını təkzib edib.
İspaniyanın baş naziri Pedro Sançes isə Yaxın Şərqdəki vəziyyət fonunda ölkəsinin regiondakı müharibənin iştirakçısına çevrilməyəcəyini vurğulayıb.