YEVLAX, 5 mart. TELEQRAF
Bizon Azərbaycan Kubokunun növbəti yarımfinalçısı müəyyənləşib.

Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”i 2:0 hesabı ilə üstələyən “Turan Tovuz” növbəti raunda yüksəlib.

Yevlax şəhər stadionunda baş tutan görüşdə qolları Xorxe Silva (13) və Hayderson Hurtado (51) vurublar.

Tərəflər arasında baş tutan ilk qarşılaşma Kurban Berdıyevin komandasının 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, mərhələyə “Qəbələ” – “Sabah” oyunu ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək.