BAKI, 5 mart. TELEQRAF
İranın paytaxtı Tehranda mərhum Ali Lider Seyid Əli Xamenei ilə vida mərasiminin keçirilməsi üçün hazırlıqlar aparılır.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, vida mərasimi şəhərin mərkəzi rayonlarından birind, Mosalla ərazisində yerləşən İmam Xomeyni məscidində keçiriləcək. Matəm mərasimlərinin dəqiq başlanma tarixi hələ açıqlanmayıb.
Bildirilib ki, Xamenei ilə vida mərasiminin martın 4-də yerli vaxtla saat 22:00-da başlaması və üç gün davam etməsi planlaşdırılırdı. Lakin hakimiyyət mərasimdə iştirak etmək istəyənlərin sayının görünməmiş dərəcədə çox olacağı gözlənildiyindən tədbirin təxirə salınmasına qərar verib.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin Tehranda yerləşən iqamətgahına endirdiyi zərbələr nəticəsində ölüb.