BAKI, 5 mart. TELEQRAF
Polşa hökuməti NATO qüvvələrinin Ukrayna ərazisinə yerləşdirilməsi ideyasına qarşı çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin 2026–2030-cu illər üçün hazırlanmış yeni Xarici Siyasət Strategiyasında qeyd olunub.
Sənəddə bildirilir ki, alyansa üzv dövlətlərin hərbi qüvvələrinin mümkün yerləşdirilməsi Polşa və digər müttəfiqlər üçün təhlükəsizlik təminatlarının etibarlılığına zərər vurmamalıdır.
Bununla yanaşı, NATO-nun baş katibi Mark Rütte daha əvvəl müttəfiq ölkələri ABŞ və İran arasında yaranan hərbi gərginlik fonunda Ukraynanı diqqətdən kənarda qoymamağa çağırmışdı.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə öz növbəsində Rusiyanın sərhədləri yaxınlığında NATO ölkəsinin yerləşdirilməsi ilə barışmayacağını bəyan etmişdi.