BAKI, 5 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin tərəfindən istehsal olunan külək generatorlarını alan Avropa ölkələrinin hakimiyyətlərini sərt şəkildə tənqid edib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə texnologiya şirkətlərinin nümayəndələri ilə görüşü zamanı səsləndirib.

ABŞ Prezidenti bərpa olunan enerji mənbələrindən danışarkən bildirib ki, administrasiya ölkədə külək elektrik stansiyalarının tikintisinə icazə vermək niyyətində deyil. Onun sözlərinə görə, külək generatorlarının demək olar hamısı Çində istehsal olunur.

“Problem ondadır ki, onların özlərində külək elektrik stansiyaları yoxdur. Çin külək generatorları istehsal edir və onları Avropadakı hökumətlərə satır. Avropa isə onları minlərlə alır. Mən üç il onlara deyirdim ki, bunun sonu yaxşı olmayacaq və indi onlar mənim haqlı olduğumu etiraf etməyə başlayırlar”, - deyə Tramp bildirib.