BAKI, 5 mart. TELEQRAF
İran ABŞ ilə heç bir əlaqə qurmayıb və Vaşinqtondan belə təklif gəlsə belə, danışıqlar aparmağı planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tehran hazırda diplomatik həll yoluna yönəlməyib və mümkün uzunmüddətli qarşıdurmaya hazırdır.
“İran uzunmüddətli müharibəyə hazırdır”, - deyə agentliyin həmsöhbəti bildirib.